Bakı metrosunda generator problemi həll edilirbackend

Bakı metrosunda generator problemi həll edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Interpress.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, yeni tikilməkdə olan Bənövşəyi xətt üzərində dizel elektrik stansiyası inşa edilir, Qırmızı və Yaşıl xətlər üzrə hərəkətin alternativ enerji ilə təmin edilməsi isə iki mərhələdə həyata keçiriləcək:

“Bunun üçün \”Azərişıq\” ASC-nin 10 yarımstansiyasında dizel elektrik stansiyası qurulur. Elektrik enerjisinin verilişində fasilə yaranarsa, həmin dizel stansiyaları avtomatik işə salınacaq”.

Məlumat üçün bildirək ki, ölkə başçısının göstərişindən sonra Bakı Metropoliteni\” QSC generator almaq üçün tender elan edib. Tenderin qalibi Türkiyənin \”MTU Motor Turbin Sanayi ve Ticaret\” anonim şirkəti olub. Bu il sentyabrın 6-da qalib şirkətlə 6,33 mln. avro dəyərində satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, 2018-ci il iyulun 2-də və 3-də Mingəçevir İES-də baş vermiş enerji qəzası ilə əlaqədar generatorlarla tam təmin edilməyən “Bakı Metropoliteni”nində problemlər yarandı. İyulun 4-də müşavirədə çıxış edən sədr Zaur Hüseynov bildirib ki, ayın 2-də gərginlik itəndən sonra hərəkətdə olan 18 sərnişin qatarı dayanıb, 9-u stansiyalarda, 9-u tunellərdə qalıb. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları sönüb, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayanıb.

Qəzadan təqribən saat yarım sonra metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında əsaslı su xaric qurğularında suyun səviyyəsi kritik həddə çatmışdı.

Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərilmişdi. Qəzanın birinci günü ümumilikdə 154 nəfər sərnişin təxliyə edilib. Onlar arasında xəsarət alan olmayıb. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarılıb. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başlayıb. İyulun 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi verilişi dayananda analoji fəsadlar yaranıb və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub.

Prezident İlham Əliyev Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlərlə bağlı metropoliten və bir sıra dövlət qurumlarının, strateji obyektlərin generatorlarla təmin edilməsi göstərişini verib.

Interpress.az