Mikayıl Cabbarovdan vergi ödəyicisi və vergi ödənişi barədə açıqlamabackend

Mikayıl Cabbarovdan vergi ödəyicisi və vergi ödənişi barədə açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu iş həm vətəndaş cəmiyyəti, həm də vergiödəyiciləri və ayrı-ayrı klasterlərlə müxtəlif formatlarda həyata keçiriləcək. Nazir deyib ki, maarifləndirmə tədbirləri zamanı ictimai kommunikasiya formatından – vergiödəyiciləri ilə görüşlər, “dəyirmi masa”lar, konfrans¬lar və digər formalardan da istifadə oluna bilər. Bütün hallarda maarifləndirmə işi daimi olacaq. M.Cabbarov, həmçinin əlavə edib ki, izahat işlərində istər ənənəvi KİV-lərin, istərsə də yeni nəsil sosial medianın rolu çox vacibdir. “Etiraf etməliyik ki, bir çox hallarda vergiödəyicisinin vergi ödənişinin əhəmiyyəti, onun zərurəti barədə tam anlayışı olmur. Ona görə də biz bu işi daim diqqət mərkəzində saxlayırıq və saxlayacağıq”,- deyə nazir vurğulayıb.

Interpress.az (Azertac)