Albaniyada tələbələrin təhsil haqqı üsyanı -FOTObackend

Albaniyada tələbələrin təhsil haqqı üsyanı -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xarici medyaya istinadən xəbər verir ki,paytaxt Tiranada etiraz aksiyalarına qoşulan tələbələrin sayı günü-gündən artmaqdadır.
Tələbələr təhsil haqqı və xərclərin həddən artıq yüksək olduğunu ,bu qiymətlərin yarıya endirmələrini tələb edirlər.

Təhsil Nazirliyinin binasının önünə gələn tələbələr binaya qələm, dəftər kimi əşyalar atmağa başlayıblar.

Tələbələr 180-410 dollar arası dəyişən təhsil haqqı yarıya endirilməssə etirazı davam edəcəklərini bildiriblər.

Ölkənin təhsil Naziri Lindita Nikola \” Bu etirazlarla siz heç bir şey əldə edə bilməyəcəksiniz\” deyə açıqlama verib.

Həmçinin sarı jiletlilər yanacağın qiymətinin yüksək olması ilə bağlı etiraz aksiyası keçiriblər.

Etirazçılar Elbasan-Tirana yolunu 1 saat boyunca bağlamışdılar.

Albaniyada tələbələrin təhsil haqqı üsyanı -FOTO

Albaniyada tələbələrin təhsil haqqı üsyanı -FOTO

Interpress.az