Eyfel qülləsi qaranlığa büründü – FOTObackend

Eyfel qülləsi qaranlığa büründü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu haqda Fransa paytaxtının meri Ann İdalqo öz “Twitter” hesabında məlumat yayıb.

Qurbanların xatirəsini anmaq və qohumlarına dəstək olmaq üçün qüllənin işıqları saat 00:00-da söndürülüb.
Xatırladaq ki, dekabrın 11-i, axşam saatlarında Strasburqda 29 yaşlı Şərif Şekat milad yarmarkasına toplaşanlara atəş açaraq, aradan çıxıb. Silahlı hücum nəticəsində üç nəfər ölüb, 13 nəfər yaralanıb. Şəhərin meri hadisənin terror aktı olduğunu təsdiqləyib.

Sonradan məlum olub ki, atəş açan şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və terrorda şübhəli bilinən şəxs kimi yerli təhlükəsizlik orqanlarının “radar”ında olub.

Nous éteindrons mercredi soir @LaTourEiffel à minuit, en hommage aux victimes de l'attaque survenue à #Strasbourg et en soutien à leurs proches et à l'ensemble des Strasbourgeois. pic.twitter.com/BwO2TnTINc

— Anne Hidalgo (@Anne_Hidalgo) December 12, 2018

Interpress.az