Nadirin 100 minini oğurlayıblarbackend

Nadirin 100 minini oğurlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki,ifaçı başına gələn hadisəni danışıb. O bildirib ki, evindən külli miqdarda pulunu oğurlayıblar:

“Evimdən xeyli sayda pulumu oğurladılar. Evə kamera qoymamışam. Əvvəl bir xanımdan şübhələnmişdim. Sonra dəqiq bildim ki, o deyil. Onun yaşam tərzi o deyildi… Zəng vurub üzr istədim. Gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. Pulu hamı kimi evimdə göz qabağına qoyurdum. 100 min manata yaxın pulumu oğurladılar. Gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi. Yoldaşım dedi ki, fikir vermə. Evə polis də gətirmədim, utandım”.

Nadir efirlərə gəlməməsinin səbəbini açıqlayıb:

\”Həyatımı sıfırdan başlamaq istəyirəm. Uşaqlarım böyüyüb, insanların davranışı dəyişib. İnsanlar mənə sənətkar kimi baxırlar, mən də özümü daha ciddi aparmalıyam. İstəmirəm əvvəlki qalmaqallarım təkrarlansın\”.

Interpress.Az