Qurban Qurbanov erməni azarkeş barədə: Yalnız qorxaqlar belə edirlərbackend

Qurban Qurbanov erməni azarkeş barədə: Yalnız qorxaqlar belə edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb.

Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov bu barədə verilən suala belə cavab verib:

“Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”.

Interpress.az