Atəşkəs 86 dəfə pozulubbackend

Atəşkəs 86 dəfə pozulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam, Noyemberyan rayonunun Barekamavan və Vosqepar kəndlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara kəndlərində yerləşən mövqelərini atəşə tutublar.

İşğalçılar Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Minəxorlu, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

İnterpress.az