Parisdə “sarı jiletlilər“in aksiyasına görə metro və dəmir yolu stansiyaları, ticarət mərkəzləri bağlanıbbackend

Parisdə “sarı jiletlilər“in aksiyasına görə metro və dəmir yolu stansiyaları, ticarət mərkəzləri bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb “sarı jiletlilər“in dekabrın 15-nə Paris və ölkənin müxtəlif regionlarında etiraz aksiyası təyin etməsidir.

Paris Nəqliyyat İdarəsinin (RATP) məlumatına görə, Şarl de Qoll və Orli hava limanlarına hərəkət edən ictimai nəqliyyatın da fəaliyyətində ciddi ləngimələr gözlənilir.

Bundan başqa, bütün ölkə boyu asayişin qorunmasına 69 min polis, o cümlədən Paris üçün 8 min polis səfərbər olunub. Zirehli maşınların da keşik çəkdiyi paytaxtda Zəfər tağı ətrafında polis postları qurulub.

Eyni zamanda ticarət mərkəzləri bağlanıb və onların şüşələri taxta qoruyucularla örtülüb.

Interpress.az