Dünyada işsizlik 63 faizə yüksəlib – AÇIQLAMAbackend

Dünyada işsizlik 63 faizə yüksəlib – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu Milli Məclisdə (MM) Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında Beynəlxalq Əmək Təşkilatının (BƏT) təmsilçisi Xoloud Alxadi deyib.

O, qeyd edib ki, bu rəqəm bəzi ölkələrdə daha yüksəkdir.

“Xüsusilə də, gənclərlə bağlı ciddi problemlər var. Onların çoxu işsizdir. Ona görə dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də, gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir”, -deyə, xanım Alxadı sözlərinə əlavə edib.

“Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov isə deyib ki, yaxın gələcəkdə dünyada ən azı 5 milyon iş yerinin açılmasına ehtiyac var.

“Gələcəkdə bəzi peşələr, iş yerləri aradan qalxacaq. Daha çox yaradıcı peşələr və liderlik bacarığı önə çıxacaq”, – deyə, o sonra bildirib.

Interpress.az