Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaqbackend

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasimdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük formalaşdırılacaq. Qrup qalibləri bir, qrup ikinciləri isə digər səbətdə yer alacaq. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.

Qrup qalibləri: \”Borussiya\” (Dortmund, Almaniya), \”Barselona\” (İspaniya), PSJ (Fransa), \”Portu\” (Portuqaliya), \”Bavariya\” (Almaniya), \”Mançester Siti\” (İngiltərə), \”Real Madrid\” (İspaniya), \”Yuventus\” (İtaliya)

Qrup ikinciləri: \”Atletiko\” (İspaniya), \”Tottenhem\” (İngiltərə), \”Liverpul\” (İngiltərə), \”Şalke\” (Almaniya), \”Ayaks\” (Hollandiya), \”Lion\” (Fransa), \”Roma\” (İtaliya), \”Mançester Yunayted\” (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq.

Interpress.az