Goranboyda qətl…backend

Goranboyda qətl…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd sakini, 1982-ci il təvəllüdlü Quliyev Zaur Muxtar oğlu qohumu, rayonun Dəyirmançı kənd sakini, 1977-ci il təvəllüdlü Avazov İsrafil Avaz oğlunu bıçaqlayıb.

Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

İnterpress.az