Keçmiş tələbəsi Elzanı YIXIB-SÜRÜDÜ: “Kameradan kənar özünü mələk kimi aparırdı”backend

Keçmiş tələbəsi Elzanı YIXIB-SÜRÜDÜ: “Kameradan kənar özünü mələk kimi aparırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, E. Seyidcahanın müsabiqənin yeni mövsümündə xanım iştirakçılardan birini görünüşündən yana xoşagəlməz ifadələr işlədərək əksiltməsinə, eləcə də Xalq artisti Nazpəri Dostəliyevaya ünvanladığı haqsız iradlara \”Gilavar\” qrupunun üzvlərini biganə qala bilməyiblər. Onlar bu haqda danışaraq, Seyidcahanın xoşagəlməz mövqelərdə çıxış etməsinə heç də təəccüblənmədiklərini deyiblər.

Qrupun üzvü, 2015-ci ildə sözügedən müsabiqədə elə Əməkdar artistin qrupunda iştirak edən Elşad Həsənov müsabiqə zamanı Elza Seyidcahanın davranışlarını yada salıb:
\”Elza Seyidcahandır bu, efir, gündəm xatirinə nə desəniz, ondan gözləmək olar… Kameralardan kənar Elza xanım özünü mələk kimi aparırıdı. Deyirdi ki, narahat olmayın, mən sizə vokal baxımından kömək edəcəm, çıxışlarınız zamanla qüsursuz olacaq, həmişə sizə dəstək olacam. Elə ki, canlı yayım başlayırdı, kamera önünə keçirdi, dəyişib olurdu başqa adam. Özünü elə aparırdı ki, mələkliyindən əsər-əlamət qalmırdı. Başlayırdı lazımsız tənqidlərə, iradlara. Hətta onun dedikləri tənqid və iraddan çox təhqirə oxşayırdı. Kəsəsi, Elza Seyidcahan qrupunda olan iştirakçıların əksəriyyətini canlı yayımda demək olar ki, əksildirdi. Onun bu davranışı bizə xoş deyildi. Amma böyük olduğu üçün hörmət xatirinə heç nə demirdik\”.

\”Gilavar\”çılar Seyidcahanın xalq artisti Nazpəri Dostəliyeva ilə olan qalmaqalına da münasibət bildiriblər:

\”Elza Seyidcahanın Nazpəri Dostəliyevaya qarşı yönləndirdiyi iradları haqlı saymırıq. O, efirə oynayırdı. Çünki Nazpəri xanımın şoka düşdüyü hiss olunurdu. Nəyə lazım idi illər əvvəl efirdən kənar yaşanmışları açıb-ağartmaq? Bu, qeyri-peşəkarlıqdır. Amma Nazpəri xanım özünə hörmət qoyaraq, ona cavab verməməkdə əsl peşəkar sənətkar olduğunu göstərdi. Nazpəri xanıma da yaraşan bu idi!\” (baku.ws)