Noyabrda vergi orqanlarına müraciətlərin 13%-i şikayət xarakterli olubbackend

Noyabrda vergi orqanlarına müraciətlərin 13%-i şikayət xarakterli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin 36,1%-i kameral vergi yoxlamaları, 35,8%-i müxtəlif arayışların alınması, 10,8%-i vergi borcları, 2,6%-i vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, 77,1%-i müsbət həll olunub.

Ay ərzində Vergilər Nazirliyinin mərkəzi aparatı, yerli vergi orqanları və vergi ödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla bütün qurumlarda vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 326 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Interpress.az