Azərbaycan millisinin futbolçusu bir aylıq sıradan çıxıbbackend

Azərbaycan millisinin futbolçusu bir aylıq sıradan çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 15-də keçirilmiş matçın 62-ci dəqiqəsində zədələnərək yerini Murad Xaçayevə verən 26 yaşlı mərkəz müdafiəçisinin topuq bağlarının qopduğu müayinə nəticəsində təsbit edilib. O, bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Futbolçunun yanvarın 15-dən “Sumqayıt”ın Türkiyənin Antalya bölgəsində baş tutacaq hazırlıq prosesi zamanı məşqlərə başlayacağı təxmin edilir. “Neftçi” ilə oyundan qol vurduqdan sonra zədələnən Əli Babayev isə bu gün saat 19:00-da start götürəcək cavab qarşılaşmasında oynaya biləcək.

Qeyd edək ki, Şəhriyar Əliyev müdafiəçi olsa da, cari mövsümdə “Sumqayıt”ın ən məhsuldar oyunçusudur. O, Premyer Liqada 3, Azərbaycan Kubokunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda isə 1 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.(report)

Interpress.az