Şahzadə Andrev haqqında seks iddialarına təkzib gəldibackend

Şahzadə Andrev haqqında seks iddialarına təkzib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Şahzadənin adı ABŞ məhkəmə sənədlərində yer alıb.

Bir qadının Florida məhkəməsinə göndərdiyi şikayətdə Şahzadə Andrew-un adı çəkilir. Şikayət, prokurorluğun maliyyəçi Jeffrey Epstein-ə qarşı məhkəmə işinə necə baxdığı haqqındadır.

Qadın iddia edir ki, 1999-2002-ci illər arasında, o uşaq olanda, Epstein onu şahzadə ilə cinsi əlaqədə olmağa məcbur edib.

Saray deyib ki, məhkəmə prosesinin detalları haqqında şərh verməyəcək.

Lakin Buckingham Sarayı sözçüsü deyib: \”Bu, ABŞ-da uzun müddətdir davam edən sivil şikayətə aiddir. York Hersoqu bu şikayətdə tərəf deyil\”.
\”Beləliklə biz detallar barədə şərh verməyəcəyik. Lakin hər hansı şübhəni aradan qaldırmaq üçün deyirik ki, azyaşlı uşaqlarla yersizlik barədə hər hansı ittihamlar tamamilə yanlışdır\”.

Qadın deyir ki, o, London, Nyu York və Epstein-ə məxsus Karib adasında şahzadə ilə cinsi əlaqədə olmağa məcbur edilib.

Bundan əvvəl Şahzadə Andrew Epstein ilə keçmişdə dost olduğuna görə tənqid olunub. Epstein 2008-ci ildə, seksual xarakterli cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuşdu.

İnterpress.az