Gürcüstanda Azərbaycanlı gənc güllələndi-QAZA GÖRƏbackend

Gürcüstanda Azərbaycanlı gənc güllələndi-QAZA GÖRƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə 16 Dekabr tarixində aşağı Qullar kəndindən olan 4 nəfər gənc qaz oğurlamaq məqsədi ilə böyük Muğanlı kəndinə gediblər.

Məlumata görə, Onlar kəndin kənarında otlayan 8 qaz götürərək avtomobillərinin yük yerinə qoyub qaçmağa çalışıblar: Bunu görən qaz sahibi R.Ə onların arxasınca düşməyə başlayıb və onlara nəqədər saxlayın deyə, səslənsədə onlar qaçmağa cəhd ediblər. Bu zaman R.Ə adlı qazların sahibi odlu tüfənkdən istifadə edərək onlara atəş açıb. Atəş nəticəsində odlu silahın saçmaları oğurluq edən dörd nəfər gənclərdən birinin İ.Ə adlı gəncin ağız nahiyyəsinə dolub.

Odlu silahın saçmaları onun ağız nahiyyəsində dörd dişinə, dilinə və dodağına ciddi xəsarət yetirib. Halhazırda həmin gənc Marneulidəki xəstəxanalardan birində yerləşdirilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb, istintaq aparılır.

Gürcüstanda Azərbaycanlı gənc güllələndi-QAZA GÖRƏ
Gürcüstanda Azərbaycanlı gənc güllələndi-QAZA GÖRƏ

İnterpress.az