Goranboyda dəhşətli qəza: ölən və yaralanan varbackend

Goranboyda dəhşətli qəza: ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) iki “Jiqulu” markalı avtomobil toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

FHN xilasediciləri hər iki avtomobilin xəsarət almış sürücüsünü və 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyitini sıxılmış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat saat 08:55-də başa çatıb.

İnterpress.az