ABŞ hərbçilərinin Suriyadan çıxmasının görüntüləri – VİDEObackend

ABŞ hərbçilərinin Suriyadan çıxmasının görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, ötən axşam çəkilən kadrlarda yolla hərəkət edən zirehli yük maşınları görüntülənib. Onların Suriyanın şimalından İraqa doğru yola düşdüyü bildirilib.

Həmçinin vurğulanıb ki, məhz həmin maşınlar vasitəsilə Vaşinqton Suriyadakı silahlı kürd birləşmələrinə – YPG/PYD-yə hərbi sursat gətirirdi.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp tvitterdə bəyan edib ki: “Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik.” Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. “Reuters” isə bildiirb ki, amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.

Lakin Pentaqonun sözçüsü Dana Uayt ABŞ qoşunlarının Suriyadan çıxarılacağını təsdiqləsə də, bunun İŞİD-ə qarşı hələ bitməyən mübarizə kampaniyasının bir hissəsi və növbəti mərhələyə hazırlıq üçün keçid olduğunu bəyan edib.

Interpress.Az