Albaniya baş nazirinə yumurta atdılar – VİDEObackend

Albaniya baş nazirinə yumurta atdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xarici mətbuata istinadən xəbər verir ki, Albaniyada dekabrın əvvəllərindən kəsr imtahanları üçün pul yığılmasına etiraz edən tələbələr kütləvi aksiyalar keçirir.

Hökumət rüsumu ləğv etməklə tələbələrə güzəştə getsə də, etirazçılar yeni tələblərlə çıxış ediblər.

Minlərlə tələbə hər gün Təhsil Nazirliyinin qarşısındakı küçəni bağlayır, baş nazir isə onlarla danışıqlar aparmaq istəyir.

“Müxalif deputatlarla müzakirə aparan zaman baş nazir deyib ki, ən yaxşısı onların bir-biri ilə müzakirələr aparmasıdır, o isə tələbələrlə danışıqlarla məşğuldur. Bu, deputatların narazılığına səbəb olub və Demokratik Partiyanın deputatı Endryu Xas baş nazirə yumurta atıb. Bu zaman mühafizəçilər onu zaldan çıxarıblar”, – məlumatda qeyd edilib.

İnsidentlə əlaqədar iclas yarımçıq dayandırılıb.