ABŞ-da təyyarə futbol meydançasına düşdü: ölənlər var – VİDEObackend

ABŞ-da təyyarə futbol meydançasına düşdü: ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə zamanı təyyarədə olan dörd nəfər ölüb.

Təyyarənin Atlantadan Memfisə doğru uçduğu bildirilir. Xilasedicilər təyyarənin stadiona eniş edən zaman sürüşdüyünü və qəzaya uğradığını bildiriblər.

Ölənlərdən biri çinli Ven Çendir. O, 69 gün ərzində təkmotorlu təyyarədə bütün dünyanı dövrə vurub. Bundan başqa, Çen “Sunshine Enterprise” şirkətinin təsisçisi və baş direktorudur. (oxu)

Ölən digər üç nəfərin şəxsiyyəti məlum deyil, ilkin ehtimallara görə, onlar “Sunshine Enterprise, Inc” şirkətinin əməkdaşlarıdır.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Interpress.Az