Interpress.az xəbər verir ki, o, Elnarə Abdullayeva, Könül Kərimova, Xatun Əliyeva kimi ifaçıların “Oğlumun sənətçi xanımla evlənməsinə icazə vermərəm” deməsinə sərt reaksiya verib.
Müğənni “Show News”a açıqlamasında qeyri-etik ifadələrdən də istifadə edib. Röya hətta oğlu Hüseynin seçiminə qarışmayacağını qeyd edib:
“Niyə oğluma müğənni qız almaram? Şou-biznesə qurban olaram. Çox dəxlisiz danışırlar. Bütün evlərdə yaxşı və pis insanlar olur. Bizim aramızda isə saf və təmiz olan, gecə-gündüz işləyib nəslini dolandıran qızlar var. Elə açıqlama verənlərin ağızları isti yerdədi… ( Qeyri-etik sözlərdən istifadə edir) Bunlar başa düşmür ki, indi işləyən qızları alırlar”.
Interpress.az