Bəhram Bağırzadə: Ata övladlarını döyməli deyilbackend

Bəhram Bağırzadə: Ata övladlarını döyməli deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az Media.az-a istinadən bildirir ki, B.Bağırzadə etiraf edib ki, ailələrində problemlər demokratik yolla həll edilirmiş:

“Mən demokratik bir ailədə böyümüşəm. Atam milis polkovniki olub, lakin onun birinci ixtisası müəllimlik olub. O, 190 saylı məşhur məktəbdə Azərbaycan dilini və ədəbiyyatı tədris edib. Ona görə də o, bizi milis kimi deyil, müəllim kimi tərbiyə edib.

Anam da məktəbdə müəllimə işləyib və ona görə də bu cür tərbiyə metodunu tam dəstəkləyib. Uşaqlarla olan bütün problemlər demokratik yolla həll edilib. Atam heç vaxt bizə əl qaldırmayıb. Mən hesab edirəm ki, ata uşaqlara əl qaldırmalı deyil. Bu ömürlük sarsıntıya səbəb ola bilər.

Anadan isə heç vaxt inciməzlər, hətta yumşaq yerinizdən yüngülcə vursa belə. Mən xatırlayıram ki, bir dəfə məktəbdə pis qiymət almışdım və anamın məni ciddi cəzalandıracağından çox qorxurdum. O, məndən neçə aldığımı soruşduqda mən kəkələyərək “üüüüç” cavabı vermişdim. Lakin hər şey sülhlə başa çatmışdı”.

Interpress.az