Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Maqazin   Video  

"Maşın"dan uzaqlaşdırılan iştırakçıdan TƏHQİRAMİZ SÖZLƏR: "Ağzının…" - FOTO

Ötən gün “Maşın şou”nu tanınmış şairə Nazilə Səfərli tərk edib.

Dərc edilib: 24 dekabr 2018 [12:05]
Baxış sayı: 18893

Interpress.Az xəbər verir ki, şounun dünənki buraxılışında səs verməyə aktrisa Xəyalə Quliyeva çıxıb. Sonda 85, 63 faiz səs toplayan aktrisa oyundan güclü hesab etdiyi rəqibi - Nazilə Səfərlini çıxarıb. Oyunu tərk edən şairə instaqramda ona yazılan şəxsi mesajları səhifəsində paylaşıb. N.Səfərliyə dəstək olan və onu sevdiyini yazan izləyicilər Xəyalə Quliyeva barəsində çirkin ittihamlar səsləndirib.

Nazilə Səfərlinin Xəyalə Quliyeva haqqında yazılan “Kişi sənsən, bunlar tuladır”, “Ağzının üstündən vurardın da bir dənə o cəhənnəm pişiyinin” kimi mesajları öz hesabından paylaşması müsbət qarşılanmayıb.

Məlumat üçün qeyd edək ki, ATV kanalında yayımlanan “Maşın” realiti şouda Nazilə Səfərlinin qaydanı pozduğu aşkarlanıb. Yutubda şairənin əlini avtomobildən götürdüyünü əks etdirən kadrlar yayılıb. Hadisə yarışmanın ikinci günündə baş verib.

Layihə rəhbəri Murad Dadaşov istifadəçilərinin mövzu ilə bağlı iddiasına verilişdə efirdə cavab verib və belə hadisənin baş vermədiyini qeyd edib.



Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179