Henrix Mxitariyan Ermənistanda ilin futbolçusu seçilə bilməyibbackend

Henrix Mxitariyan Ermənistanda ilin futbolçusu seçilə bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, ardıcıl 7 ildir bu ada layiq görülən 29 yaşlı yarımmüdafiəçi mövqeyini əldən verib. Qazaxıstan \”Aktobe\”sində çıxış edən milliləşdirilmiş braziliyalı yarımmüdafiəçisi Markos Pizzelli 171 xalla birinci olub. Yığmanın kapitanı olan Mxitaryan 119 xalla ikici yeri tutub. Almaniyanın “Regensburq” komandasının hücumçusu Sarkis Adamyan isə 32 xalla üçüncü pillədə qərarlaşıb.

İlin ən yaxşı baş məşqçisi adına “Pünik”ə rəhbərlik edən Andrey Talalayev layiq görülüb. Ermənistan futbolu tarixində ilk dəfə avrokuboklarda III təsnifat mərhələsinə qədər irəliləyən rusiyalı mütəxəssis 70 xalla qalib olub.

Qeyd edək ki, Andrey Talalayev Ermənistanın Futbol Federasiyasının İntizam Komitəsinin qərarı ilə 2019-cu il mayın 31-dək diskvalifikasiya edilib. Səbəb baş məşqçinin “Qandzasar”la oyunda dördüncü hakimi təhqir etməsidir.

Interpress.Az