“Johnson & Johnson” cərimələndi – xərçəngə səbəb olan məhsula görə DİQQƏTbackend

“Johnson & Johnson” cərimələndi – xərçəngə səbəb olan məhsula görə DİQQƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, xərçəngin araşdırılması üzrə Beynəlxalq Agentliyin təsnifi üzrə asbest birinci dərəcəli kanserogendir.

Interpress.Az xəbər verir ki, “Reuters” agentliyi tərəfindən son iyirmi il ərzində şirkətə göndərilən müraciətlər də daxil olmaqla şirkətin daxili sənədlərini təhlil edilib. Təhlil nəticəsində şirkətin menecmentinin 1971-ci ildən etibarən kosmetik məhsulların tərkibində asbestin olduğunu bilsə də ekspertizanın nəticələrini gizlətməyə və tənzimləyiciyə təzyiq göstərməyə çalışdığı ortaya çıxıb.

Hər şey 1999-cu ildə xərçəngin nadir növündən əziyyət çəkən Darlin Kokerin məhkəməyə müraciət edərək xəstəliyə tutulmasına “Johnson & Johnson” şirkətinin uşaq kirşanının tərkibində olan asbestin səbəb olduğunu bildirməsindən başladı.

ABŞ-ın Səhiyyə və sosial xidmətlər üzrə Nazirliyinə daxil olan Qida məhsulları və medikamentlərin keyfiyyətinə nəzarət İdarəsi (FDA) 1976-cı ildə kosmetik vasitələrin tərkibində asbestin istifadəsinə məhdudiyyəti planlaşdırırdı. Şirkətdə tənzimləyiciləri 1972-ci ilin dekabrından 1973-cü ilin oktyabr ayına qədər “Johnson & Johnson” məhsullarının heç birində asbestin olmadığına inandırıblar. Bununla yanaşı “Johnson & Johnson” 1972-ci ildən 1975-ci ilə qədər ən azı 3 laboratoriyada aparılan testlərin nəticəsində şirkətə məxsus məhsulların tərkibində asbestin tapıldığını gizlədib. Bir testin nəticəsinə görə asbestin həcmi “həddən artıq” yüksək olub.

Müxtəlif dövrlərdə şirkətə göndərilən müraciətlərin sayı 11,700-ə çatıb.

2018-ci ilin iyul ayında Missuri ştatının Sent-Luis dairə məhkəməsi 22 qadının “Johnson & Johnson”-a qarşı irəli sürdüyü iddianı təmin edib. İddiaçılar “Johnson & Johnson” şirkətinin uşaq kirşanından uzun müddət istifadəsi nəticəsində xərçəng xəstəliyinin yarandığıni bildiriblər. Məhkəmə şirkətin bu iddialara əsasən 4,7 milyard dollar həcmində cərimə ödəməsinə dair qərar çıxardıb.

“Johnson & Johnson” şirkəti “Reuters” agentliyinin apardığı araşdırmanı və ittihamları “40 ildir ki, davam edən absurd qəsd nəzəriyyəsi” adlandıraraq təkzib edib.

ABŞ Fond bazarı “Johnson & Johnson” məhsullarında asbestin olmasına sərt reaksiya verib. Belə ki, “Johnson & Johnson” şirkətinin məhsulu – uşaq kirşanının tərkibində asbestin olmasına dair məruzədən sonra, şirkətin səhmlərinin dəyəri 10% çox ucuzlaşıb. “FactSet” analitik şirkətin məlumatına görə, “Johnson & Johnson” səhmləri üçün bu son 16 il ərzində ən böyük uğursuzluq idi.

CFRA konsaltinq şirkətinin analitiki Kolin Skarola qeyd edib ki, informasiya “Johnson & Johnson” brendinə zərər vuracaq və şirkətin məhsullarının bütün spektri üzrə satışına təsir edəcək.

Interpress.Az