“Beşiktaş”dan antirekordbackend

“Beşiktaş”dan antirekord

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Super Liqanın cari mövsümündə cəmi 26 xal toplaya bilən İstanbul təmsilçisi 1994/95 mövsümündən bəri ən pis ilk dövrə nəticələrindən birinə imza atıb.

Geridə qalan 17 turda 7 qələbə qazanıb, 5 heç-heçə edən “qara qartallar” 5 oyunda da məğlubiyyətlə üzləşib. Türkiyə çempionatının 1994/95 mövsümündən etibarən 34 turdan ibarət keçirildiyini nəzərə alsaq, İstanbul təmsilçisi daha öncə 2005/06 mövsümündə belə uğursuzluq yaşamışdı. Həmin mövsümün ilk dövrəsində 7 qələbə qazanıb, 4 heç-heçəyə imza atan “Beşiktaş” 6 məğlubiyyətin ardından 25 xal toplamışdı və turnir cədvəlində 5-ci yeri tutmuşdu.

İstanbul nəhəngi həm də bu klubda 4-cü mövsümünü keçirən baş məşqçisi Şenol Günəşin rəhbərliyi altında ən pis ilk dövrə nəticəsinə imza atıb.

Interpress.Az