Evi satıb səyahətə çıxdılar, milyonçu oldular – FOTObackend

Evi satıb səyahətə çıxdılar, milyonçu oldular – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az Daily Mail-ə istinadən bildirir ki, avtofurqonda dolaşan avstraliyalı hipster ər-arvad olduqları məkanların, yaşamlarının fotolarını İnstagram profilində paylaşmağa başladılar.

Profil çox qısa zamanda populyarlaşdı və ind 314 min daimi təqibçiyə malikdir.

İnstagram-da populyarlıq hesabına külli miqdarda pul qazanmış ər-arvad indi milyonçudurlar. Onlar əldə etdikləri gəlirlər hesabına \”Down The Rabbit Hole\” adlı şərab istehsalına da başlayıblar.
\”Bu qədər məşhurlaşacağımızı düşünmürdüm. Avstraliyanın cənubundakı Maklaren Veyldəki evimizi satdıq. Sonra Nallarbor və Kimberlikdən keçərək Avstraliyanın Qərbinə doğru səyahətə çıxdıq. Eyr yarımadasına çatanda, yəni İnstagram-da profil yaratdığımız gündən 4 ay sonra anladıq ki, artıq çox məşhuruq. Reklam və elan təklifləri gəlməyə başladı. Yaxşı pul qazandıq\”, – Eliza Kuk deyir.

Şərabın 12 şüşəsinin ünvana çatdırılması 300 dollara başa gəlir.

Interpress.Az