Qarabağ  “Çempionlar Liqasında top-100”lükdəbackend

Qarabağ “Çempionlar Liqasında top-100”lükdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam klubu ÇL-in 63 illik tarixi ərzində 5 dəfə turnir iştirakçısı olub. \”Köhlən atlar\” 4 dəfə təsnifat, 1 dəfə isə qrup mərhələsi mübarizə aparıb. Təmsilçimiz bu göstəricidə 33 xal toplayıb və 513 komandanın yer aldığı cədvəlin 100-cü pilləsində qərarlaşıb.

\”Qarabağ\” Çempionlar Liqasında 30 oyuna 11 qələbə qazanıb, 11 heç-heçə edib və 8 dəfə uduzub.

\”Neftçi\” 167-ci, \”Bakı\” 265-ci, \”Keşlə\” 290-cı, \”Şəmkir\” 389-cu, \”Kəpəz\” 390-cı, \”Xəzər Lənkəran\” isə 415-ci pillədə qərarlaşıb.

Siyahıya 590 xalla \”Real” başçılıq edir. “Bavariya\” 462 xalla ikinci, \”Barselona\” isə 427 xalla 3-cü yerdədir.

Interpress.Az