“Kia”dan sürücü və avtomobil arasında emosional əlaqə – FOTObackend

“Kia”dan sürücü və avtomobil arasında emosional əlaqə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Las Veqasda keçiriləcək istehslak elektronikasının (CES) sərgisində “Kia” şirkəti “emosional idarəetmə” erası barədə danışacaq. Avtosfer.az autograph.az-a istinadən xəbər verir ki, Cənubi Koreya istehsalçısı Las Veqasda R.E.A.D. adlı sistemi nümayiş etdirəcək. Yeni sistem real vaxt rejimində sürücünün emosional vəziyyətini təhlil edərək, ətraf mühiti ona uyğunlaşdırır.

“Kia” Las Veqasda quracağı ekspozisiyanı “Space of Emotive Driving” adlandırıb. Bu ekspozisiyanın mərkəzində R.E.A.D. sistemi quraşdırlacaq ki, yeni texnologiyanın yaradılmasında Massaçuset texnoloji universitetinin media-laboratoriyasının emosional hesablamalar qrupu da iştirak edib. “Real-time Emotion Adaptive Driving” sistemi biosiqnalların oxunması və sürücünün emosional vəziyyətinin təhlili üçün süni intellektdən istifadə edir. Süni intellekt, həmçinin əldə etdiyi məlumatlar əsasında avtomobilin salonundakı məkanı fərdiləşdirir.

“Kia Motors” şirkətinin tədqiqat və işləmələr şöbəsinin başçısı yeni texnologiyanın avtomobilin salonunda interaktiv məkan yaratmağa, həmçinin sürücü və avtomobil arasında “emosional əlaqəni” qurmağa yardım edəcək.

Interpress.Az