Şamaxıda qəza: 6 ölü – FOTO – YENİLƏNİBbackend

Şamaxıda qəza: 6 ölü – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

Zəncirvari qəza yolun 105-ci kilometrliyində, Şamaxının Acıdərə adlanan ərazisində qeydə alınıb.

Ağsu sakini, 1990-cı il təvəllüdlü Əliyev Elmin Elşad oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Sabirabad sakini, 1957-ci il təvəllüdlü Ağayev Vaqif Xudamirzə oğlunun idarə etdiyi “HOVA” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını minik avtomobilinin üstünə aşıb. Həmin vaxt toqquşan avtomobillər qarşı tərəfdən gələn, Qəbələ sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Ramil Fikrət oğluna məxsus “Mercedes” markalı minik maşınına çırpılıblar.

Hadisə nəticəsində toqquşan yük və minik avtomobillərinin sürücüsü, eləcə də minik maşının sürücüsü Elmin Əliyevin bacısı, 1988-ci il təvəllüdlü Əliyeva Əntiqə Elşad qızı, sərnişinlər- Gədəbəy sakini, 2002-ci il təvəllüdlü Əliyev Fərid Nemət oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Abbasov Azər Eyvaz oğlu, Bakı sakini, 1961-ci il təvəllüdlü Baxşəliyev Vaqif Paşa oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər. Digər “Mercedes”in sürücüsü Ramil Allahverdiyev ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb. ( apa )

***
22:00

Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük maşını 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “MERCRDES” markalı minik avtomobilinin üzərinə aşıb.

Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şamaxıda qəza: 6 ölü - FOTO - YENİLƏNİB

İnterpress.az