Yeni ili göyün yeddinci qatından da yuxarıda qarşılayan bakılı kosmonavt – Musa Manarovbackend

Yeni ili göyün yeddinci qatından da yuxarıda qarşılayan bakılı kosmonavt – Musa Manarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amma bəzən təxirəsalınmaz səfər zərurəti yaranada insanlar bu bayramı yolda, qəfil xəstəlik zamanı xəstəxanada, yaxud kimisə qarşılamaq üçün hava limanlarında, vağzallarda qarşılamaq məcburiyyətində qalır və həyatımızdan yan keçməyən bu kimi hadisələri adi hal kimi də qəbul etmək olar. Çünki elə məkanlar var ki, orada Yeni ili qarşılamaq doğrudan da qeyri-adidir və hər kəsə nəsib olan iş deyil.

Bakılı kosmonavt Musa Manarov Yeni ili iki dəfə kosmosda qarşılayıb. Köhnə ili “göylər”də yola salan Manarov həm də bir çox köhnə rekordları da sındırıb.

1951-ci il martın 22-də Bakıda anadan olan Musa Manarovun uşaqlıq və yeniyetməlik illəri atasının hərbçi olması və tez-tez xidməti yerlərinin dəyişməsi ilə bağlı SSRİ-nin müxtəlif şəhərlərində keçib.

Ali təhsilini Moskva Aviasiya İnstitutunda alan Musa Manarov bir müddət SSRİ Müdafiə Nazirliyinin hava qüvvələrində xidmət etdikdən sonra 1978-ci ildə kosmonavtlar dəstəsinə daxil edilib.

Musa Manarov ən bacarıqlı mütəxəssislər sırasında1980-1982-ci illərdə məşhur ”Buran” kosmik proqramının hazırlanmasında yaxından iştirak edib.
Hazırkı dövrə qədər kosmosda ən çox vaxt keçirmiş səkkiz kosmonavtdan biri də məhz Musa Manarovdur. O, 21 dekabr 1987-ci il – 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq “Soyuz TM-4” gəmisində 365 gün, 22 saat, 38 dəqiqə kosmosda olub.

Musa Manarov ikinci dəfə, 2 dekabr 1990-cı il – 26 may 1991-ci il tarixləri arasında yenə uçuş mühəndisi olaraq “Soyuz TM-11” gəmisi ilə 175 gün, 1 saat, 50 dəqiqə kosmosda qalıb.

Yeni ili iki dəfə kosmosda qarşılayan Musa Manarov bununla bağlı təəssüratlarını bölüşərkən qeyd edib ki, həmin hissləri ifadə etmək üçün söz tapmaq çətindir.

Kosmosda olma müddətinə görə sonuncu rekordu sındıran Musa Manarovun adı “Ginnesin rekordlar kitabı”na düşüb. O, SSRİ-nin ən yüksək təltifinə – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Musa Manarov kosmosda olduğu müddətdə 7 dəfə açıq fəzaya çıxıb və 34 saat 23 dəqiqə gəmidən kənar vəziyyətdə olub.
Musa Manarov Bakıda az yaşasa da, müsahibələrində, söhbətlərində Bakını həmişə xoş xatirələrlə yada salıb:

“Bakı mənim üçün dünyanın ən doğma şəhərlərindən biridir. Mən bu şəhərdə doğulmuşam, o cümlədən həyat yoldaşım da Bakıda anadan olub və bu şəhərdəki Tibb institutunda ali təhsil alıb. Qızımız da Bakıda dünyaya göz açıb. Odur ki, məni bu şəhərlə bağlayan saysız-hesabsız xatirələr var…”

Hazırda Moskvada yaşayan Musa Manarov ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Bakılı kosmonavt 2007-2011-ci illərdə Rusiya Federasiyası Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasını təmsil edən deputatlardan biri olub. 2011-ci ildə kosmonavtika sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının prezidenti tərəfindən xüsusi medalla təltif edilib.

2013-cü ildə məşhur Meksika kinorejssoru Alfonso Kuaronun açıq kosmosda olmuş kosmonavtlar haqqında çəkdiyi və bütün dünyada maraqla izlənmiş “Qravitasiya” filmində Musa Manarov ekspert kimi çıxış edib.

Musa Manarov 2013-cü ilin dekabrında Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisində də iştirak edib. Təqdimat zamanı Musa Manarov çıxış edərək Azərbaycanda davamçılarının olacağına da ümid bəsləyib:

“Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində II dünya müharibəsində qələbə qazanmaq mümkün olub. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaq…” (musavat)

Yeni ili göyün yeddinci qatından da yuxarıda qarşılayan bakılı kosmonavt - Musa Manarov

Yeni ili göyün yeddinci qatından da yuxarıda qarşılayan bakılı kosmonavt - Musa Manarov

Yeni ili göyün yeddinci qatından da yuxarıda qarşılayan bakılı kosmonavt - Musa Manarov

Yeni ili göyün yeddinci qatından da yuxarıda qarşılayan bakılı kosmonavt - Musa Manarov

Interpress.Az