Pompeydə qədim dövrə aid at qalıqları tapıldı – FOTObackend

Pompeydə qədim dövrə aid at qalıqları tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xarici mətbuata istinadla xəbər verir ki, at sümükləri ilə birlikdə yəhər-qayış da aşkarlanıb.

Arxeoloqlar bu qalıqları tarixi əhəmiyyətli nadir tapıntı kimi qiymətləndiriblər. Onlar düşünür ki, at boğularaq ölüb.

Qeyd edək ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olub. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilib və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənib. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır.

Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilib.

Pompeydə qədim dövrə aid at qalıqları tapıldı - FOTO

Pompeydə qədim dövrə aid at qalıqları tapıldı - FOTO

Pompeydə qədim dövrə aid at qalıqları tapıldı - FOTO

Pompeydə qədim dövrə aid at qalıqları tapıldı - FOTO

Interpress.Az