Avropada ən çox dinlənilən müğənnimiz kimdir?backend

Avropada ən çox dinlənilən müğənnimiz kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, məşhur “Spotify” şəbəkəsinə diqqət yetirsək, 2013-cü ildə Azərbaycana ikincilik gətirən Fərid Məmmədovun siyahıda sonda olduğunun şahidi ola bilərik. Bundan əlavə, müsabiqədə sonuncu yerlərdə olan Dihaj qrupu isə ən çox dinlənilənlər sırasındadır.

Bəs görəsən, reytinqli “Spotify” musiqi platformasında hansı “Eurovision” mahnımız daha çox uğur qazanıb.
Sözügedən siyahını müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” tərtib edib.

Siyahıda lider Dihaj (solist Diana Hacıyeva) qrupudur. Onların “Skeletons” mahnısı 3,197,54 insan tərəfindən dinlənilib.

2) Aysel Teymurzadə və Araş – “Always” (2,961,506)

3) Eldar Qasımov və Nigar Camal – “Running Scared” (2,562,349)

4) Safura Əlizadə- “Drip Drop” (2,530,271)

5) Səmra Rəhimli – “Miracle” (2,452,466)

6) Dilarə Kazımova- “Start A Fire” (1,263,829)

7) Elnur Hüseynov- “Hour of the Wolf” (1,240 248)

8) Aysel Məmmədova- “X My Heart” (1,209,115)

9) Fərid Məmmədov – “Hold Me” (844, 630)

Bu məqamda bildirək ki, ilk müsabiqə mahnımız “Day After Day” və ifaçısı Səbinə Babayevanın olduğu \”When The Music Dies\” mahnısı siyahıda yoxdur.

Qeyd edək ki, “Spotify” musiqi platformasından Azərbaycanda istifadə etmək mümkünsüzdür.

Interpress.Az