“Qarabağ” Rumıniya klubu ilə qarşılaşacaqbackend

“Qarabağ” Rumıniya klubu ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ”ın Antalyadakı qış təlim-məşq toplanışı müddətində yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyyənləşib.

Interpress.Az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasında çıxış edən “Botoşani” klubu ilə qarşılaşacaq. Rumıniya mətbuatı yanvarın 12-də keçiriləcək matçın yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) başlayacağını yazıb.

Xatırladaq ki, “Qarabağ” yanvarın 23-də daha bir yoxlama oyununda Polşanın “Pyast” klubu ilə qarşılaşacaq.

Interpress.Az