Azərbaycanlıların dueti ən çox dinlənilənlər arasında – VİDEObackend

Azərbaycanlıların dueti ən çox dinlənilənlər arasında – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az bildirir ki, reytinqə ilk yeri “Notlar” və “Məni rəqs meydanına buraxın” mahnıları ilə HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bakirov) qrupu tutub.

Bu mahnılar “Musiqi” bölümünün yeni musiqiçilərinin siyahısında ən çox dinlənilən mahnılar olub.
Xatırladaq ki, digər sosial şəbəkə olan “VKontakte”nin tərtib etdiyi reytinqə əsasən, HammAli & Navai qrupunun “Janavi” albomu ilin ən yaxşı albomu seçilib, “Notlar” və “Məni rəqs meydanına buraxın” hitləri isə 2018-ci ilin ən yaxşı on mahnısı arasına düşüb.

Həmçinin, “Yandeks.Musiqi” servisinin tərtib etdiyi ən populyar mahnılar siyahısında HammAli & Navai qrupu “Məni rəqs meydanına buraxın” mahnısı ilə 10-cu yeri tutub.

Interpress.Az