“Dəlilər” Azərbaycanda – Türkiyənin ən iri büdcəli filmi bu tarixdən nümayiş olunacaqbackend

“Dəlilər” Azərbaycanda – Türkiyənin ən iri büdcəli filmi bu tarixdən nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Türkiyənin ən iri büdcəli filmi sayılan \”Deliler” 20 milyon TL-yə başa gəlib. Film Azərbaycanda \”Cinema Plus” kinoteatrlar şəbəkəsində nümayişə çıxarılacaq.

Filmdə məşhur aktyorlar Cem Uçan, Erkan Petekkaya, Yetkin Dikiciler, Kamil Güler, İsmail Filiz, Nur Fettahoğlu, Demet Tuncer və başqaları oynayır.
Azərbaycanlı aktyor Namiq Rüstəmxanlı filmin baş qəhrəmanlarından olan \”Mübariz” obrazını canlandırıb.

Qeyd edək ki, filmin mövzusu 15-ci yüzillikdə Fateh Sultan Mehmeti Eflak Voyvodalığına təyin etdiyi Vlad Tsepeşin xalqa etdiyi zülmdən, sultanın isə buna səssiz qalmamasından bəhs edir.

Belə ki, Tsepeş təyinatının ilk illərində Osmanlıya sadiq qalsa daa, sonradan bölgə xalqlarına qarşı dəhşətli dərəcədə qəddar davranmağa başlayır. Fateh Sultan Mehmet dinindən, millətindən asılı olmayaraq, insanlara edilən zülmü sakit şəkildə izləmir, ona əvvəlcə elçi vasitəsilə xəbərdarlıq edir. Lakin Vladın elçinin başındakı sarığı (papaq) başına mismarladıb, geri göndərir. Bu isə Osmanlı imperatorunu özündən çıxarır.

Fateh bu zülmə tez bir zamanda son verilməsini tapşırır və bu barədə Baba Sultana əmr verir. Baba Sultan \”Dəlilər Birliyi”nin içindəki qorxmaz igidlərdən yeddisini Kumanla birlikdə Vladın hakimiyyəti altında ərazilərə ghöndərir. Bu yeddi qəhrəman Gökkurt, Aşkar, Mübariz, Çebi, Suskun, Kongar ve Adsızdır.

Dəlilər Vladın adamlarından gizlənərək Vladı tapmaq əvəzinə, onun adamlarının üstünə gedib, minlərlə məzlumun intiqamını almaq istəyir.

Interpress.Az