Riçard Almeyda Qazaxıstan Premyer Liqasının ən bahalı futbolçuları sırasında yer alıbbackend

Riçard Almeyda Qazaxıstan Premyer Liqasının ən bahalı futbolçuları sırasında yer alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın məlumatına görə, transfermarkt.de saytının hazırladığı siyahıda ilk \”10-luğ\”a Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da düşüb. \”Astana\” klubunda çıxış edən Almeydanın dəyəri 1,5 milyon avrodur. O həm də Azərbaycan yığmasının ən bahalı oyunçusudur. Braziliya əsilli pleymeyker macarıstanlı həmklubu Laslo Klyaynhayslerlə birgə 9-10-cu yerləri bölüşür.

\”Qarabağ\”ın daha bir sabiq futbolçusu, hazırda \”Astana\”da çıxış edən hücumçu Pedro Enrike isə 2-ci pillədə yer alıb. Onun qiyməti 2,8 milyon avrodur. İlk pillədə bu klubun 3 milyon avro dəyərə malik xorvatiyalı yarımmüdafiəçisi Marin Tomasov qərarlaşıb. Hərəyə 2,5 milyon avro qiyməti olan Dmitri Şomko və Roman Murtazayev 3-4-cü yerləri bölüşürlər. Onlar da Qazaxıstan çempionunun formasını geyinirlər.

Qeyd edək ki, Riçard Almeyda \”Astana\” ilə iyulun 4-də, Pedro Enrike ilə isə iyulun 14-də müqavilə bağlayıb. Onların yaxın vaxtlarda \”Qarabağ\”a qayıdacaqlarına dair xəbər yayılıb.

Interpress.Az