Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Oğul bibisi oğlu ilə birləşib 84 yaşlı atasını döydü – Azərbaycanda BİABIRÇILIQ – VİDEO

Azərbaycanda oğul bibisi oğlu ilə birlikdə atasını döyüb.

Dərc edilib: 30 dekabr 2018 [23:14]
Baxış sayı: 28647

Interpress.Az A24.az-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun Qaraməmmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1934-cü il təvəllüdlü Qarayev Sarış Qaçay oğlu 1978-ci il təvəllüdlü Qarayev Zaur Sarış oğlu tərəfindən döyülüb.

S.Qarayev bildirib ki, oğlu onu bacısı oğlu ilə birlikdə döyüb. Daha sonra bel nahiyəsindən xəsarət alan yaşlı kişini xəstəxanaya aparmaq adı ilə ruhi-əsəb dispanserinə yerləşdiriblər.

84 yaşlı kişinin sözlərinə görə, oğlu onun adına olan bütün əmlakları özəlləşdirib. Həmçinin, onun təqaüd kartını da əlindən alıb.

“Oğlum məni evimdən də çıxarıb. Məni öldürmək istəyirlər. Mənim bütün mülklərimi əlimdən alıb və mənə hədə-qorxu gələrək məni yaşamağa qoymur” – deyə, o, bildirib.

S.Qarayev bununla bağlı müvafiq qurumlardan kömək istədiyini qeyd edib.

Daha ətraflı videomaterialda:



Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208