2018-də Britaniya hökumətinə edilmiş ən qəribə zənglər açıqlandıbackend

2018-də Britaniya hökumətinə edilmiş ən qəribə zənglər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumilikdə, qurum il ərzində 330 000 zəngi cavablandırıb. Bunlardan 4900-ü həbs olunmuş şəxslər, 3400-ü xəstəxanaya yerləşdirilmiş vətəndaşlardan daxil olub.

Amma zənglərin arasında inanmayacağınız dərəcədə qeyri-adi sorğular da yer alıb. Məsələn, Britaniya vətəndaşlarından biri XİN-ə zəng edərək maraqlanıb ki, “Polşada vampirlər varmı?”. Sorğunun səbəbi isə daha maraqlıdır. Onunla görüşməyə razılıq verən bir polşalı qadın kişinin qan qrupu ilə maraqlanıb, o da öz növbəsində belə qərara gəlib ki, qadın vampirdir və onun qanına tamah salıb.

ABŞ-dan zəng edən bir britaniyalı soruşub ki, “ötən gecə “Strictly” rəqs yarışmasının qalibi kim oldu?”.

Başqa birisi isə Hollandiyadan öz hökumətinə zəng edərək “Cəsur ürək” filminin ssenarisi barədə suallar verib.

Britaniya XİN bəyan edib ki, xaricdə həbs olunan vətəndaşları üçün vəkil xidməti təşkil edə bilər, amma evlənmək üçün qadınların siyahısını təqdim etmək gücündə deyil. Belə ki, Argentinadan zəng edən britaniyalı evlənə biləcəyi qadınların siyahısını istəyib.

Tailanddan zəng edən britaniyalı öz hökumətindən “diplomatik dəstək” istəyib. Normal istəkdir, amma səbəbini bilincə fikriniz dəyişəcək. Massaj zamanı yuxuya gedən britaniyalı prosesdən lazımi həzzi ala bilməyib, ona görə də pul ödəməkdən boyun qaçırıb və massaj xidmətçiləri ilə mübahisəsi yaranıb. Dərhal XİN-ə zəng edərək bu mübahisədə öz hökumətindən “diplomatik dəstək” tələb edib.

Kanar adalarında istirahət edən britaniyalı isə öz otel otağının dəyişdirilməsi üçün hökumətin müdaxiləsini istəyib. Çünki sahibsiz pişik onun yatağını “isladıbmış”.

Hindistandan zəng edən britaniyalı isə soruşub ki, “Britaniya Ali Komissiyası vegetarian kolbasalar satırmı”…

XİN rəsmisi belə zənglərlə bağlı açıqlama verib: “Təəssüflə deməliyəm ki, biz vampirlərlə bağlı məsləhətlər vermək, sahibsiz pişiklərin qarşısını almaq, rəqs yarışlarının qalibləri barədə məlumat vermək və yaxud vətəndaşlarımızı vegetarian kolbasalarla təmin etmək gücündə deyilik”.

Interpress.Az