Rza Zərrabla Ebru Gündeş ayrılırbackend

Rza Zərrabla Ebru Gündeş ayrılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, E.Gündəşin Instagram səhifəsində paylaşdığı şəkil də şübhələri artırıb.

Məlumatlara görə, son bir həftədir ayrılıq barədə ciddi qərarlar alan cütlük yaxın zamanda boşanmaq üçün məhkəməyə müraciət edəcək.

“Vatan” qəzetinin yazarı Öncel Öziçer “Ebru qızıl qəfəsdəmi?” yazısında da bu barədə bildirib. Özinçer yazısında Ebru Gündəşin ayrılmaq istədiyini, amma ərinin uşağı bir daha ona göstərməməklə bağlı təhdid etdiyini iddia edib: “O böyük qalmaqaldan sağ – salamat çıxınca “Gücümü görürsən, uşağını bir daha görə bilməzsən” deyib. Gündeş də məcbur olub yerində oturub. Ancaq dediyim kimi bunlar iddiadır”.

Bundan başqa Ebru Gündəşin Instagram profilində paylaşdığı şəkil boşanacaqları dedi- qodusunu gücləndirib.

İnterpress.az