Dadaşov Portuqaliyada ən yaxşı gənc futbolçu seçimindəbackend

Dadaşov Portuqaliyada ən yaxşı gənc futbolçu seçimində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, “Eşturil”də çıxış edən 21 yaşadək millimizin üzvü Renat Dadaşov bu səsvermədə ikinci olub.

Gənc hücumçuya “Benfika”nın B komandasının baş məşqçisi Brunu Laqe və “Mafra”nın çalışdırıcısı Filipe Martins səs verib.

Ən yaxşı gənc futbolçu isə altı səs toplamış “Benfika”nın B komandasının 19 yaşlı hücumçusu Juta kimi tanınan Juan Filipe seçilib.

Qeyd edək ki, Renat Dadaşov bu mövsüm Sequndada 12 oyuna dörd qol vurub.

Interpress.Az