Interpress.Az xəbər verir ki, yayılan şayiələrə görə, \”Mersedes” və \”Ferrari” komandaları Miki öz sıralarına cəlb etmək üçün rəqabət aparırlar. \”Kral yürüşləri”nin yeddiqat çempionu Mixael Şumaxerin oğlu ötən il Avropada Formula 3 yarışlarının qalibi olub, bu ildən isə Formula 2-də çıxış edəcək.
\”Mersedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf deyib: \”Mik Formula 3 yarışlarını \”Mersedes” motoru ilə udub, lakin indi biz ona özünü inkişaf etdirmək imkanı verməliyik. Hazırda bizim gənclər proqramında yerlərin sayı məhduddur. Mənim üçün prioritet olan 2020-ci ildə Esteban Okon üçün yer tapmaqdır”.
Interpress.Az