Trampın gəlişindən sonra ABŞ-ın dövlət borcu 2 trln. dollar artıbbackend

Trampın gəlişindən sonra ABŞ-ın dövlət borcu 2 trln. dollar artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin məlumatlarını təhlil edən CNN telekanalı məlumat yayıb.

Məlumata görə, respublikaçıların ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatına bu nəzarət dövrü ərzində dövlət borcu əməli olaraq 22 trilyon dollara (21,974 trln. dollar) çatıb. Başqa sözlə, dövlət borcu Trampın prezidentliyi dövründə 10 faiz çoxalıb.

Donald Tramp 2016-cı ildə aparılan seçki kampaniyası zamanı ölkənin böyük miqdarda dövlət borcu problemini iki prezidentlik dövrü və ya 8 il müddətində həll edəcəyinə vəd verib. Tramp onun islahatlarından və ticarət razılaşmalarının yenidən nəzərdən keçirilməsindən sonra ABŞ-a borcunu nağd şəkildə ödəmək imkanı verəcək iqtisadi artımın başlayacağına əminliyini ifadə edib. Respublikaçı artıq dövlət başçısı vəzifəsinə gəldikdən sonra bəyan edib ki, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarından əldə olunan pul vəsaitləri ölkənin dövlət borcunu ödəmək üçün istifadə ediləcək.

Interpress.Az