Tarixdə bu günbackend

Tarixdə bu gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1367 — İngiltərə kralı II Riçard anadan olub.

1412 — Fransanın milli qəhrəmanı Janna d\’Ark anadan olub.

1579 — Arrass uniyası imzalanmış, Niderlandın birləşmə prosesi başlayıb.

1810 — İstanbul sülh sazişi imzalanıb. Sazişə əsasən Osmanlı dövləti Krımı Rus İmperiyasına verib.

1838 — Samuel Morze teleqrafı təqdim edib.

1884 — genetikanın əsasını qoymuş alman alim Qreqor İohan Mendel vəfat edib.

1909 — Azərbaycanın xalq artisti İsmayıl Dağıstanlı anadan olub.

1918 — alman riyaziyyatçı, Çoxluqlar nəzəriyyəsinin banisi Georq Kantor vəfat edib.

1918 — SSRİ-də ÜMİK Müəssisələr məclisinin buraxılması haqqında dekret qəbul edib.

1919 — ABŞ prezidenti, 1906-cı ildə Nobel Sülh Mükafatı laureatı Teodor Ruzvelt vəfat edib.

1926 — Almaniyanın Lufthansa şirkəti təsis edilib.

1929 — sovet kimyaçısı Dmitri Konovalov vəfat edib.

1930 — Stalinin fərmanı ilə SSRİ-də fərdi təsərrüfat sistemi ləğv edilib. Eyni zamanda \”Yeni İqtisadi Siyasət\” dövrünün sona çatdığı da elan olunub.

1935 — Türkiyədə \”Milliyet\” qəzeti nəşrə başlayıb.

1937 — Keçmiş SSRİ-də əhalinin ikinci siyahıyaalınması keçirilib.

1938 — italyan kinoaktyor, estarada müğənnisi, rejissor Adriano Çelentano anadan olub.

1945 — sovet alimi, mütəfəkkir, noosfera haqqında təlimin banisi Vladimir Vernadski vəfat edib.

1955 — ingilis aktyor, rejissor və ssenarist Rouen Atkinson anadan olub.

1962 — Aktrisa Mərziyə Davudova vəfat edib.

1967 — Vyetnam müharibəsi başlayıb.

1984 — Türkiyədə valyuta mübadiləsi sərbəstləşdirilib.

1992 — Azərbaycan torpaqlarının işğalı hesabına qondarma \”Dağlıq-Qarabağ Respublikası\”nın yaradıldığı elan edilib.

2005 — Kamil Əliyevin yaratdığı şəxsi xalça muzeyinin açılış mərasimi keçirilib.

İnterpress.az