Gəncədə ata və oğlunu maşın vurubbackend

Gəncədə ata və oğlunu maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gecə şəhərin Cavad bəy Rəfibəyli küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Alim Musayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakinləri, 1952-ci il təvəllüdlü Aydın Məhərrəmovu və onun oğlu, 1989-cu il təvəllüdlü Muraz Məhərrəmovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. ( apa )

İnterpress.az