Azərbaycanda və xaricdə qış tətili – Qiymətləribackend

Azərbaycanda və xaricdə qış tətili – Qiymətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəllər xarici ölkəyə getmək, orada qalmaq və üstəlik bayram qeyd etmək yol, otel və restoran xərcləri də nəzərə alınaraq, çox baha başa gəlirdi. Bu səbəbdən uzun illər hər kəs xüsusilə bayram tətillərini evində, ən yaxşı halda isə bölgələrdə keçirməyə üstünlük verirdi. İndi isə xarici ölkələrlə bölgələrdə dincəlmək arasında elə də qiymət fərqinin olmaması, bir çox hallarda isə xaricə getməyin daha ucuz başa gəlməsi istirahətini xarici ölkələrdə keçirməyə üstünlük verənlərin sayını artırıb.

Xaricdə qış tətili

Məsələn, 4 gecə 5 günlük qış tətilində İstanbulda tətil 329 dollara başa gəlir. Bu qiymət 3 ulduzlu “Hali Otel”də 2 nəfərlik otaqda bir nəfərin qalması üçün keçərlidir. Qiymət fərqi ancaq otelin ulduz sayına və mərkəzə yaxınlığına görə dəyişə bilər. Tərtib edilən qiymətlərə aviabilet, oteldə qonaqlama, səhər yeməyi, transfer və sığorta da daxildir.

Avropanın ən maraqlı ölkələrindən olan Vyanada qış tətili (4 gecə, 5 gün) 499 avrodan başlayır. Amma bu turu seçənlər əvvəlcə İstanbula getməlidirlər. Bunun qiyməti tura aid deyil. Tura isə İstanbuldan birbaşa uçuşlar, hava limanı vergiləri və xidmətləri, əvvəlcədən müəyyən olunan 4 ulduzlu otellərdə səhər yeməyi və gecələmə daxildir. Turun qiymətinə aeroport – otel – aeroport və şəhərlərarası rahat avtobuslarla gəzmək, panoramik Vyana şəhər turu, otel vergiləri və turist şəhər vergiləri də aiddir.

Qış tətilində ən çox səfər edilən yerlərdən biri olan Dubayda iki nəfərlik bir otaq 460 dollardır. Qiymətlərə ənənəvi olaraq otellərin ulduz sayı və yerləşdiyi ərazi təsir edir. Qiymətə isə aviabilet (baqaj daxil), otel, səhər yeməyi, sığorta və viza daxildir.

Ölkədəkindən daha ucuz Tiflis tətili

Orta statistik azərbaycanlının ən çox üz tutduğu yerlərdən olan Tiflisdə isə bir nəfər üçün 150-200, iki nəfər üçün qış tətili 300-400 manata başa gəlir. Oteldən asılı olaraq qiymət nisbətən dəyişə bilər. Ancaq bu məbləğ 500 manatdan yüksək olmur. Tiflisə təyin edilən turların əksəriyyətində qiymətə qarşılanma, oteldə yerləşdirilmə, Tiflisdə ekskursiya, sığorta, səhər yeməyi və yeni il gecəsi şam yeməyi də daxildir. Ancaq siz Tiflisə öz avtomobilinizlə də gedə bilərsiniz ki, bu da səfərinizin daha ucuz başa gəlməsinə səbəb olar.

Moskva iki nəfərlik bir otaqda qış tətilində dincəlmək 781 manatdan çox tutmur. Qiymətə aviabilet, qidalanma, transfer, sığorta daxildir. Bayram stolunu isə müştərilər öz zövq və ciblərinə uyğun seçə bilərlər.

Bir daha vurğulayaq ki, bu qiymətlər bayram tətilini (4 gün) əhatə edir.

Yerli istirahət mərkəzlərinin qiyməti “ceyran belində”

Ancaq xaricə getmədən, ölkə daxilində, bölgələrdə Yeni ili qeyd etmək daha baha başa gəlir. Məsələn, Qubada “Rixos” otelin qış tətili keçirmək istəyirsinizsə, bu sizə ən azı 1999 manata başa gələcək. Həm də bu qiymət 4 gecə, 5 gün üçün deyil, 3 gün 2 nəfər üçün nəzərdə tutulub. Qeyd edək ki, bu qiymətlərə qidalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin əlavə xidmətlərindən istifadə (hovuz, sauna, türk hamamı və fitnes zal), daxildir. 2

“Şahdağ Quba Hotel & SPA”da isə tutduğunuz otağın qiyməti pəncərə mənzərəsinin dağa və ya parka baxmasından asılı olaraq 898 və 1098 manat arasında dəyişir. Qiymətə yalnızca oteldə gecələmə (3 gecə, 4 gün), 3 dəfə səhər yeməyi, internetdən pulsuz istifadə, Fitness və SPA xidmətləri daxildir. Əgər siz Yeni il ərəfəsində ora getmisinizsə, ödədiyiniz puldan əlavə oteldə keçirilən Yeni il konsertinə girmək üçün bir nəfər üçün 200 manat ödəməlisiniz.

Qusar “Olimpik hoteli”nin meşə içindəki kotteclərində qış tətili bir nəfər üçün 3 günlük istirahətin bir gecəsi 299 manat nəzərdə tutulub. Bura qidalanma (səhər və axşam yeməyi), otelin təklif etdiyi xidmətlər daxildir.

Uşağın yaşına görə qiymət oxuyan otellər

Şamaxıdakı beşulduzlu otellərdən birində bir gecənin qiyməti 272 manatdır. Azı 3 gün qalmaq 816 manat edir. Şamaxıdakı digər beşulduzlu dağ mənzərəli otelin iki nəfərlik standart otağının qiyməti 1410 manatdır. Göl mənzərəli otağın qiyməti isə 1560 manatdır. Dörd nəfərlik ikimərtəbəli kottecdə birinci cərgədə göl yanında 2 min 720 manat, ikinci cərgədə 2 min 500 manatdır. Qiymətə 6 gün qalmaq, səhər yeməyi daxildir.

Qusarda Şahdağın ətəyində yerləşən otellərdən olan “Park Challet”də Yeni il ərəfəsində bir nəfərlik otaq 2300 manat, iki nəfərlik otaq isə 2700 manata olub.

“Marxal Resort & Spa” otelində iki nəfər üçün qış tətili 1290 manata başa gəlir.

“Qafqaz Karvansaray Hotel”də iki nəfər üçün qış tətili 709 manatdan başlayır. Bu pula səhər yeməyi daxildir. 3 yaşa qədər uşaqlar üçün pul tələb olunmur. 6 yaşa qədər uşaqlar üçün 54 manat ödəmək lazımdır. 6 yaşdan yuxarı uşaqlara 90 AZN, 12 yaşa qədər uşaqlar üçün isə 201 manat ödəmək lazımdır. (Axar)

Interpress.Az