MKİ əməkdaşından bölgə üçün “ulduz falı”backend

MKİ əməkdaşından bölgə üçün “ulduz falı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yaxın Şərq üzrə bir neçə araşdırma və kitabın müəllifi olan Fuller bloqunda yazdığı son yazıda bölgənin “falına baxıb”. Onun fikrincə, 2015-ci ildə İŞİD və Ərdoğan zəifləyəcək, Rusiya, İran və “Taliban” isə güc qazanacaq.

1. İŞİD gücünü itirəcək

“Daha əvvəl də İŞİD-in bir dövlət olaraq yaşaya biləcəyinə inanmırdım” deyən Fuller bildirib ki, özünü dövlət elan edən bu qruplaşma tutarlı ideologiyadan, ciddi və sosial qurumlardan, ciddi liderlik prosesindən və bölgədə dövlətlərarası münasibətlər qurmaq imkanından məhrumdur: “Bundan başqa İraq və Suriyadakı narazı sünnilərdən başqa dünyadakı sünnilərin əksəriyyəti onlardan narazıdır”.

Fuller İŞİD-in müdafiə etdiyi ideologiyanın güclənməməsi üçün özünün və bölgədəki müsəlmanların gözündə açıq – aşkar uğursuzluğa məruz qalmasının zəruriliyini vurğulayıb.

2. İranın regional rolu artacaq

ABŞ və İran arasında münasibətlərin artacağını təxmin edən Fullerin fikrincə, hər iki tərəfin bunu etməkdən başqa seçimi yoxdur: “İran və Türkiyə bölgədəki iki “gerçək” dövlətdir. Körfəz ölkələri İranla münasibətlərə yenidən baxacaq. İranın bölgədəki təsiri İsrailin Fələstini daim nəzarətə almaq istəyinə görə artacaq”.

3. Ərdoğan gücü azalmağa başlayacaq

“AKP iqtidarında ilk 10 ilindəki baş nazirliyindən sonra Ərdoğan korrupsiya ittihamlarına məruz qaldı və özünün getdikcə məntiqsizləşən, despotlaşan və xəyalpərəstləşən idarəetməsini tənqid edən, ya da qarşı çıxan hər kəsə hücum etdi” deyən Fullerə görə Ərdoğan dövlət strukturlarına zərər vermə, həm özü, həm də partiyasının mirasını yox etmə prosesindədir.

Türkiyədəki köklü qurumların Ərdoğan tərəfindən zəiflədildiyini yazan Fuller bu strukturların Ərdoğanı xalqın gözündə dəstəyini itirənə qədər Türkiyəni “demokratik və zorakılıqdan uzaq” şəkildə idarə edəcəyini deyib.

4. Rusiya Yaxın Şərqdə böyük rol oynayacaq

Rusiyanın İranla 5+1 ölkələri ilə nüvə müzakirələri, Suriyada oynadığı rolun önəminə diqqət çəkən Fuller deyq edib ki, Qərb Ukraynanı NATO-nun içinə çəkməklə Moskvaya zərər verən bir qarşıdurma üçün provakasiya etməkdə israrlıdır.

5. “Taliban” güc qazanacaq

““Taliban” bir islami hərəkatdan daha çox şeydir” deyən Fullerə görə təşkilat ölkənin qüvvələr balansı üçün mühüm faktordur: ““Taliban” 2015-ci ildə siyasi arenada da güclənmək üçün yollar axtaracaq. “Taliban” funksional olaraq xaric edilə bilməz. O təşkilatla əldə olunacaq bir anlaşma sabitlik axtaran “Taliban” üçün də qismən yaraya bilər”.

İnterpress.az