4600 Tonluq Məscidi Daşıya Bilən Texnika – Heyrətamiz Görüntülərbackend

4600 Tonluq Məscidi Daşıya Bilən Texnika – Heyrətamiz Görüntülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az A24.Az-a istinadən xəbər verir ki, söhbət Türkiyənin Batman əyalətində yerləşən “Səlahəddin Əyyubi” məscidindən gedir. Belə ki, yaxın gələcəkdə ərazidə istifadəyə veriləcək su elektrik stansiyasının inşasına başlanıldığı üçün məscidin köçürülməsinə qərar verilib.

Bununla da xüsusi texnikalar vasitəsilə 4600 tonluq məscid 600 il bundan əvvəl inşa olunduğu yerdən köçürülüb. İbadətgahı üç hissəyə bölərək əyalətin “Həsənkeyf” mədəniyyət parkına köçürüblər.

Məscid 352 təkərli SPMT markalı ağır texnika vasitəsilə daşınıb.

Hazırda həmin ərazidə yerləşən memarlıq, tarixi və mədəniyyət abidələrinin köçürülməsi işləri aparılır.

Qeyd edək ki, dini məbəd 19-cu əsrdə kilsə kimi istifadə olunub. 1993-cü ilin mayın 28-də müsəlman məscidi kimi istifadəyə verilən ibadət ocağına “Səlahəddin Əyyubi” adı verilib. 1994-cü ildə məsciddə yenidənqurma işləri aparılıb.

Interpress.Az