Nazpəri ilə Elza efirdə “yola getmir”backend

Nazpəri ilə Elza efirdə “yola getmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın məlumatına görə, \”Azərbaycanın səsi\” yarışmasında münsif kürsüsündə oturan müğənnilər bir-birinə söz atmaqdan geri qalmayıblar.

Canlı yayım zamanı danışan Elzaya Nazpəri \”Vaxtımız var? Saatlarla fikir söyləyib, nağıl danışmağa…\” deyərək, söz atıb.

Elza isə ona \”Əgər fikir dəyərlidirsə, günlərlə dinləməyə dəyər. Əgər pafosludursa, ona heç saniyədə lazım deyil. Mənim fikirlərim sənət baxımından da xeyirlidir\” cavabını verib.

Nazpəri isə onunla mübahisəni davam etdirməyəcəyini bildirib:

\”Həmişə demişəm və indi də sözümün üstündəyəm, heç vaxt burada \”mən-mən\” deməyəcəm. Kim nə vaxt səhnədə necə olub, filan söz necə olub… Bu, xırdaçılığa getməyəcəm\”.

Qeyd edək ki, bu dəfə qalmaqala səbəb Elzanın Nazpərinin tələbəsinə irad bildirməsi olub. O, \”Sarı gəlin\” oxuyan iştirakçını tənqid edib. Bu isə Nazpərinin xoşuna gəlməyib.

Interpress.Az