Transseksualın son istəyi – VİDEObackend

Transseksualın son istəyi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bundan əvvəl, 2014-cü ilin oktyabr ayının 16-da intihar etməzdən əvvəl video paylaşan Mehmet Pişkindən sonra Mehtap Zengin adlı transseksual da video yayıb. Çəkdiyi videoda transseksual olduğunu deyən 23 yaşlı Mehtap intihar edəcəyini bildirib və son sözlərini hərkəsə çatdırıb. Mehtabın sonda anasından da bir istəyi olub.

Video boyu ağlayan M.Zengin artıq dözə bilmədiyini deyib: “Bu gün mənim ən gözəl günümdür, çox xoşbəxtəm. Amma bu gün mənim üçün gözəl bir gün olacaq. Hər kəsi vicdanı ilə baş-başa buraxıram. Mən artıq dözə bilmirəm, bunu öyrəndim. Hər kəsin istədiyi kimi istədiyi şeyi edirəm. İndi 23 yaşım var və bu yaşda da həyatımı sonlandırıram. Edə bilmədim, çünki insanlar mənə imkan vermədilər. Bir şeylər etmək istədim, amma mümkün olmadı. Mənə çox əngəl oldular. Hər kəsi Allah ilə baş-başa buraxıram. Tək istədiyim ana, evdə bir kiçik itim var. Onu sənin götürəcəyini və yaxşı baxacağını bilirəm. Ana, onu sənə əmanət edirəm. Ona hər dəfə baxanda məni xatırla və onu kimsəyə vermə. O tualetini evin içinə etməz. Ona hirslənmə”. İnterpress.az intihar edən şəxsin videosunu təqdim edir.


İnterpress.az